IQNA

 Türkiyə İƏT-in ailə məsələləri iclasına evsahibliyi edəcək

23:47 - November 25, 2019
Xəbər sayı: 3486207
Türkiyə İslami Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin sosial inkişaf nazirlərinin iştirakı ilə keçiriləcək iclasa evsahibliyi edəcək.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Türkiyə İslami Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin sosial inkişaf nazirlərinin iştirakı ilə keçiriləcək iclasa evsahibliyi edəcək.

İƏT-in İslam ölkələrinin ailə və izdivac məsələləri mövzusu ilə bağlı ilk iclası Dekabr ayının 7, 8 və 9-da keçiriləcək.

İslami Əməkdaşlıq Təşkilatının "25 Noyabr, qadınlar əleyhinə zorakılıqla ümumdünya mübarizə günü" münasibəti ilə yaydığı bəyaniyyədə deyilir: Bu iclasda müsəlman dünyasının ailələ, nihak, evlilik və digər mövzular araşdırılacaq.

Bəyaniyyədə vurğulanır ki, qadınlara qarşı zorakılığın əleyhinə mübarizə günü xanımlara dəstək olmaq, qadınlara qarşı zorakılığın dayandırılması, müharibə gedən ölkələrdə, xüsusi ilə də Fələstində müsəlman qadınların hüquqlarının qorunması üçün atılmış addımlar dəyərləndiriləcək.    

https://iqna.ir/fa/news/3859372

captcha